Yeni Roma Papası nə vaxt seçiləcək?

Yeni Roma Papası nə vaxt seçiləcək? backend

Yeni Roma Papasının seçilməsinin dəqiq tarixini söyləmək mümkün deyil.

Qaziler.az bildirir ki, bunu rusiyalı ekspert Yekaterina Şebalina NEWS.ru-ya müsahibəsində Fransiskin ölümündən sonra pontifikin necə seçiləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

"Lakin məlumdur ki, konklav papanın ölüm tarixindən 15-20-ci günlər arasında keçirilməlidir", deyə o, aydınlaşdırıb.

"Beləliklə, yeni Papa seçiminin təxminən 2-3 həftə ərzində baş tutacağını gözlənilir. Qədim ənənəyə görə, kardinallar konklav zamanı qapalı yerdə qalır və yeni papa seçilənə qədər xarici dünya ilə əlaqə saxlaya bilməzlər. Yeni papa seçən şəxslərin orta yaş həddi 70-dir", - ekspert qeyd edib.

QAZİLER.AZ

Diaspora