Rusiya Barents dənizi ilə bağlı 2007-ci ildə Norveç, Finlandiya və İsveçlə imzalanmış müqaviləni denonsasiya etmək qərarına gəlib.
Qaziler.az xəbər verir ki, müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.
Sözügedən sənəd Barents dənizində və Avro-Arktika regionunda əməkdaşlığın inkişafına kömək etməli olan Beynəlxalq Barents Katibliyinin yaradılmasını nəzərdə tutub.
Bundan əlavə, Moskva fövqəladə halların qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahəsində birgə fəaliyyət haqqında 2008-ci il sazişindən də çıxır. Müqavilə Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveçin daxil olduğu Barents Avro-Arktika Şurasının (BEAC) ölkələri tərəfindən imzalanıb. Rusiya 2023-cü ildə şuranı tərk edib.
QAZİLER.AZ