Uolts və Rubio İranın nüvə obyektlərinə zərbə endirməyin tərəfdarıdır

Uolts və Rubio İranın nüvə obyektlərinə zərbə endirməyin tərəfdarıdır backend

ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts və ABŞ dövlət katibi Marko Rubio nüvə silahının inkişafı ilə potensial əlaqədə olan İran obyektlərinə hərbi zərbə endirilməsi ideyasını dəstəkləyiblər.

Qaziler.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Eyni zamanda, qəzetin yazdığına görə ABŞ-nin vitse-prezidenti Jey Di Vens və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard genişmiqyaslı regional münaqişənin risklərini qeyd edərək, daha ehtiyatlı mövqe nümayiş etdiriblər. Nəşr həmçinin yazır ki, prezident Tramp problemin diplomatik həlli tərəfdarlarının, o cümlədən jurnalist Taker Karlsonun fikirlərini dinləyib.

Daha təmkinli yanaşma tərəfdarları qeyd edirlər ki, ABŞ kəşfiyyatının hesablamaları Tehranın nüvə silahı yaratmaq niyyətində olmadığını və İranın bombalanmasının daha geniş regional müharibəyə səbəb ola biləcəyini göstərir.

QAZİLER.AZ

Diaspora