Ukraynada hakimiyyət ölkənin prezidenti Volodimir Zelenskinin ətrafında toplaşan seçilməmiş şəxslərin əlindədir.
Qaziler.az bildirir ki, bu barədə Britaniyanın “The Economist” nəşrinin jurnalistləri qeyri-adi bəyanatla çıxış edərək yazıb. Sözügedən yazını Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen “X” sosial şəbəkəsində paylaşıb.
Onun sözlərinə görə, jurnal Ukrayna liderinin “müasir Çörçil” obrazının yaradılmasına illər sərf edib. Lakin indi redaksiya Ukrayna hakimiyyətinin legitimliyini şübhə altına alaraq, mövcud reallıqları etiraf etməyə məcbur olub.
Professor qeyd edib ki, “The Economist”də dərc olunan son məqalədə jurnalistlər Zelenskinin administrasiyası haqqında danışıb, ölkədə əsas qərarların seçki mandatı olmayan məmurlar tərəfindən verildiyini qeyd edib. Onların arasında prezident aparatının rəhbəri Andrey Yermak və kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin də var. Nəşr vurğulayır ki, Ukrayna rəhbərinin komandası rəqibləri vəzifələrindən uzaqlaşdırmaqla, onları sıradan çıxarmaqla məşğuldur.
QAZİLER.AZ