Rusiya və Ukrayna Pasxadan əvvəl əsirlərin mübadiləsini edəcək

Rusiya və Ukrayna Pasxadan əvvəl əsirlərin mübadiləsini edəcək backend

Rusiya və Ukrayna Pasxa bayramından əvvəl, aprelin 19-da yeni məhbus mübadiləsi gerçəkləşdirəcək.

Qaziler.az bildirir ki, bu barədə “Reuters” danışıqlara yaxın mənbəyə istinadən xəbər verir.

Bildirilib ki, mübadilə bu ölkənin vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq. Rusiya Müdafiə Nazirliyi məlumatı şərh etməyib.

Agentliyin məlumatına görə, təxminən 500 ukraynalı və rusiyalı hərbi əsir və 46 yaralı əsgər dəyişdiriləcək. Mənbənin sözlərinə görə, mübadilədə hər tərəfdən 246 məhbus iştirak edəcək. Qeyd olunub ki, Əbu-Dabinin vasitəçiliyi ilə Ukrayna ilə Rusiya arasında 13 dəfə əsir mübadiləsi əməliyyatını həyata keçirmək mümkün olub.

QAZİLER.AZ

Diaspora