ABŞ və Çin hakimiyyəti 3-4 həftə ərzində ticarət razılaşmasına nail ola biləcək.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp bildirib.
Bununla belə, ABŞ prezidenti qeyd edib ki, Çin rəhbərliyi ilə danışıqlar prosesi hələ tam başa çatmaqdan uzaqdır.
“Düşünürəm ki, yaxın üç-dörd həftə ərzində hər şey yekunlaşa bilər”, - Tramp deyib.
Ağ Ev rəhbəri əmindir ki, Vaşinqtonun xarici ticarət tərəfdaşları onun şərtləri ilə razılaşmalı olacaqlar. Tramp hesab edir ki, ABŞ-nin onlar üçün unikal və əvəzolunmaz resursu var - amerikalı istehlakçı.
QAZİLER.AZ