ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauel vəzifəsini itirə bilər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset deyib.
Onun sözlərinə görə, Amerika prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri bu ehtimalı nəzərdən keçirirlər.
“Prezident və onun komandası bu məsələni nəzərdən keçirməyə davam edəcək”, - Hassett bildirib.
QAZİLER.AZ