Rubio Avropanın müharibənin sonunu yaxınlaşdıra biləcəyini etiraf edib

Rubio Avropanın müharibənin sonunu yaxınlaşdıra biləcəyini etiraf edib backend

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, Avropa Ukraynada müharibənin dayandırılmasına kömək edə bilər. O, bu barədə Parisdəki danışıqlardan sonra açıqlama verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna  məlumat yayıb.

ABŞ dövlət katibi müvafiq bəyanatı aprelin 18-də Parisin Le Burje hava limanından Vaşinqtona uçmazdan əvvəl verib.

Rubio və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff aprelin 16-dan Parisdədirlər. Onların səfərinin əsas məqsədi Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı danışıqlar aparmaqdır.

Rubio hesab edir ki, Britaniya, Fransa və Almaniya Ukraynadakı müharibənin sona yaxınlaşmasına kömək edə bilər.

QAZİLER.AZ

Diaspora