Uitkoff Putinlə Ukrayna əraziləri haqqında danışıb: o, Rusiyanın onların bir hissəsini ala biləcəyinə inanır

Uitkoff Putinlə Ukrayna əraziləri haqqında danışıb: o, Rusiyanın onların bir hissəsini ala biləcəyinə inanır backend

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə Ukrayna əraziləri məsələsini müzakirə edib. O hesab edir ki, Rusiya regionların bəzilərini ala bilər.

Qaziler.az bildirir ki, bu barədə Uitkoff “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib.

ABŞ prezidentinin xüsusi nümayəndəsi ötən həftə Rusiyaya səfər edib. Uitkoff Putinlə ərazi məsələləri ilə bağlı danışdığını təsdiqləyib.

WSJ-yə müsahibəsində Uitkoff qeyd edib ki, onların müzakirələrində Putin Ukrayna ərazilərinə köklənib. Amerika rəsmisinin sözlərinə görə, Rusiya işğal etdiyi guya bəzi bölgələri ala bilər, amma hamısını yox.

QAZİLER.AZ

Diaspora