İrlandiyalı jurnalist Çey Bouz NATO-nun baş katibi Mark Rutteni Ukraynanın alyansa üzvlüklə bağlı şərhindən sonra tənqid edib.
Qaziler.az bildirir ki, o, X sosial şəbəkəsindəki səhifəsində müvafiq yazı dərc edib.
“Rutte “ayın axmağı” kateqoriyasında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ilə birinci yeri bölüşdü”, – jurnalist bildirib.
Bundan əvvəl Rutte bildirib ki, Ukraynaya Şimali Atlantika Alyansına qoşulmağın Rusiya ilə sülh sazişinin bir hissəsi olacağına dair heç vaxt söz verilməyib. Bununla belə, onun sözlərinə görə, ölkənin NATO-ya üzvlüyü məsələsi gündəmdə qalacaq.
Bundan əvvəl Amerika prezidenti Donald Tramp bəyan etmişdi ki, Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq.
QAZİLER.AZ