İsveç diplomatik kanalları bərpa etməli, neytral və sülhsevər ölkə kimi tarixi roluna qayıtmalıdır.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə “İzvestiya”ya Birləşmiş İsveç partiyasının qurucusu Bo Yonsson məlumat verib.
"İsveçin hazırkı hökuməti Aİ və NATO strukturlarına dərindən qarışıb və çətin ki, dialoqa doğru müstəqil addımlar atsın. Bununla belə, bir çox vətəndaşlar, o cümlədən mən əminəm ki, dialoq sülh və sabitliyə aparan yeganə yoldur", - o, deyib.
Bo Yonsson hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar əks-məhsuldardır və İsveç dərhal iqtisadi müharibənin bütün formalarından uzaqlaşmalı və gərginliyi azaltmaq üçün addımlar atmalıdır.
QAZİLER.AZ