ABŞ Daxili Təhlükəsizlik Departamenti Harvard Universitetini əcnəbilərin qəbulunu qadağan etməklə hədələyib.
Qaziler.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Onlar aydınlıq gətiriblər ki, universitetdə tələbə vizası ilə təhsil alanların qanunsuz və zorakı hərəkətləri barədə məlumat verilməsə, sözügedən tədbirlər görüləcək.
Daxili Təhlükəsizlik Naziri Kristi Noem məlumatların aprelin 30-dək təhvil verilməsini tələb edib. O, təhsil mərkəzini "antisemitizmə həssas olmaqda" ittiham edib. Onun sözlərinə görə, Harvarddakı auditoriyalar "anti-Amerika ideologiyası ilə zəhərlənib" və HƏMAS-a dəstək verir.
QAZİLER.AZ