Dünyanın ən nüfuzlu şəxsləri məlum oldular

Dünyanın ən nüfuzlu şəxsləri məlum oldular backend

"Time" jurnalı 2025-ci il üçün dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısını dərc edib.

Oxu.Az xəbər verir ki, "liderlər" kateqoriyasına ABŞ Prezidenti Donald Trump, vitse-prezident Cey Di Vens, "SpaceX"in qurucusu İlon Mask və ticarət naziri Hovard Latnik daxil ediliblər. Həmçinin bu kateqoriyaya Böyük Britaniyanın Baş naziri Kir Starmər, Almaniyanın gələcək kansleri Fridrix Merts, Argentina Prezidenti Xavyer Miley və Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa daxil ediliblər. Vladimir Putin siyahıda yer almayıb.

Siyahı cəmi altı kateqoriyaya bölünüb. "İncəsənət xadimləri" kateqoriyasına müğənni Ed Şiran və aktrisa Skarlett Yohansson daxil ediliblər. "Kumirlər" kateqoriyasında isə aktyorlar Demi Mur və Edrien Brodi yer alıblar.

Digər üç kateqoriya - "titanlar" (bura tennisçi Serena Uilyams, dəfələrlə Olimpiya çempionu olmuş gimnast Simona Bayls və "Meta"nın qurucusu Mark Zukerberq daxil ediliblər), "pionerlər" və "yenilikçilər"dir.

Diaspora