ABŞ prezidenti Donald Trampın sələfi Co Bayden Çikaqoda çıxışı zamanı hazırkı administrasiyanı kəskin tənqid edib.
Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"100 gündən az müddətdə bu yeni administrasiya çox şey etdi - bu qədər zərər və çox dağıntılar etdi. Onlar ən təcrübəli məmurlar da daxil olmaqla 7000 işçini işdən çıxarmaqla Sosial Müdafiə İdarəsinə zərbə vurdular", - keçmiş prezident qəzəblənib.
Baydenin sözlərinə görə, Trampın komandası “hər şeyi qırıb tökür”. O, bütün çıxışı boyunca “bu oğlan” ifadəsini işlətməklə bir dəfə də olsun varisinin adını çəkməyib.
Tramp hakimiyyətə gəldikdən sonra Ağ Evdə həqiqətən də məmurların kütləvi ixtisarına başlanıb. Mart ayında “The New York Times” qəzeti yazıb ki, ABŞ hakimiyyəti Daxili Təhlükəsizlik Departamentindəki mülki hüquqlar departamentinin demək olar ki, hamısını işdən çıxarıb.
QAZİLER.AZ