“Anonymous” məşhur haker qrupu sosial şəbəkədə “İŞİD” terror qruplaşmasına qarşı əməliyyat keçirib. İKT.lent.az-ın xəbərinə görə, bu barədə qrup özünün “Twitter” səhifəsində məlumat yayıb.
“Anonymous” terrorçulara məxsus 5500-dən çox səhifəni aşkara çıxarıb və bunun əsasında “Twitter” rəhbərliyi həmin akkauntları bağlayıb. Bu səhifələrdə “İŞİD”ə dəstək ifadə olunur və eyni zamanda terror təşkilatının sıralarına adam cəlb edilirmiş.Qeyd edək ki, “Anonymous” Parisdəki terrordan sonra “İŞİD”dən intiqam alacağını açıqlamışdı.