Qaqauziyada Qutsula dəstək üçün genişmiqyaslı aksiya keçirilib

Qaqauziyada Qutsula dəstək üçün genişmiqyaslı  aksiya keçirilib backend

Komratda Qaqauziyanın rəhbəri Yevgeniya Qutsula dəstək aksiyasında beş minə yaxın insan iştirak edib.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə tədbir təşkilatçıları məlumat verib.

Mənbənin məlumatına görə, Qaqauziya sakinləri Komratda Qutsulu dəstəkləmək üçün aksiya keçirib və Kişinyovun muxtariyyətə təzyiqlərinə etirazlarını bildiriblər.

Agentliyin mənbəsi əlavə edib ki, tədbirdən sonra muxtariyyətin bütün səlahiyyətlərinin bərpası, həmçinin Qutsulun dərhal azad edilməsi tələbi ilə qətnamə qəbul edilib.

Digər məsələlərlə yanaşı, Qaqauziyanın müdafiəsi üzrə komitənin yaradılması da təsdiqlənib. Yeni qurumun nümayəndələri muxtariyyətdə vəziyyətin monitorinqinin qurulması xahişi ilə diplomatlara, eləcə də ATƏT, BMT və Avropa Şurasına müraciət etməlidirlər.

Yevgeniya Qutsul martın 25-də Kişinyov hava limanında saxlanılıb və Moldovanı tərk etməyə icazə verilməyib. Siyasətçiyə qarşı Qaqauziyada 2023-cü ildə keçirilən seçkilərdə seçki fondlarının idarə edilməsi prosedurunu pozmaqda, həmçinin “Şor” siyasi partiyasını qanunsuz maliyyələşdirməkdə və saxta sənədlər hazırlamaqda ittiham edilib.

QAZİLER.AZ

Diaspora