Tayvan rəhbərliyi adanın sənaye inkişafını ABŞ-la münasibətlər naminə qurban verir.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Şurasının Tayvan İşləri üzrə İdarəsinin rəsmi nümayəndəsi Çju Fenlyan bildirib.
"Müstəqillik axtarışında olan Lay Çinde administrasiyası ABŞ-nin yüksək tarifləri müqabilində könüllü olaraq əsas sənaye sahələrini satır. Bu da ABŞ-Tayvan münasibətlərinin diqqətlə hazırlanmış imicini məhv edir", - çinli məmur deyib.
Çju Fenlyan əlavə edib ki, Tayvan administrasiyası milli maraqları və sənayenin inkişaf perspektivlərini nəzərə almadan ABŞ-yə genişmiqyaslı satınalma və investisiya proqramı təklif edir. Çinli rəsmi bu cür “ABŞ qarşısında baş əyməyi” alçaldıcı adlandırıb.
Pekin Tayvanı Çin Xalq Respublikasının ayrılmaz hissəsi hesab edir və “vahid Çin” prinsipinə sadiqlik ÇXR ilə diplomatik əlaqələr qurmaq və ya saxlamaq istəyən digər dövlətlər üçün ilkin şərtdir.
QAZİLER.AZ