"ABŞ-nin keçmiş prezidenti Co Bayden ölkədə müxtəlif növ cinayətkarların üstünlük təşkil etməsində günahkar olan tarixin ən pis Amerika lideridir".
Qaziler.az xəbər verir ki, bu sözləri ABŞ-nin hazırkı dövlət başçısı Donald Tramp “Truth” sosial şəbəkəsində bildirib. O, prezident seçkilərindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışı zamanı Baydenin səsləndirdiyi tənqidlərə belə cavab verib.
“ABŞ tarixinin ən pis prezidenti olan yuxulu Co Bayden milyonlarla və milyonlarla cinayətkarın, çoxu qatil olan narkotik alverçilərinin, dünyanın hər yerindən, həbsxanalardan və psixi xəstəxanalardan azad edilmiş insanların ölkəmizə açıq sərhəddən daxil olmasına icazə verib. Bağışlayın, amma mənim işim bu qatilləri və quldurları buradan çıxarmaqdır. Məni buna görə seçiblər, - Tramp yazıb.
QAZİLER.AZ