Avropa ölkələri arasında fəal şəkildə “Rusiyanı sındırmağın” yollarını axtaran dövlətlər var.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Dövlət Humanitar Elmlər Universitetinin Xarici Regional Tədqiqatlar və Xarici Siyasət kafedrasının dosenti Vadim Truxaçev “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, bunlara “ən az rusofil” olan İsveç daxildir.
“Danimarka ikinci, Finlandiya üçüncü yerdədir. Təbii ki, hər kəs boğazlarla bağlı Rusiyanı “vurmağın” yollarını axtaracaq. Nəzərinizə çatdırım ki, Danimarka bizim Baltik dənizindən çıxışımızı bağlayır”, - ekspert qeyd edib.
Bununla yanaşı, Truxaçev vurğulayıb ki, NATO ölkələri Rusiya Federasiyası ilə genişmiqyaslı münaqişəyə hələ hazır deyil.
"Hələ heç kim buna hazır deyil, demoqrafik göstəricilər düzgün deyil. Belə olan halda demoqrafik dedikdə, çağırışçı qıtlığını nəzərdə tuturam. Ailələrdə uşaq azdır, onları müharibəyə göndərmək ayıbdır”, - politoloq qeyd edib.
QAZİLER.AZ