Amerikalı sahibkar və milyarder İlon Maskın mühafizəkar fəal Eşli Sent Klerdən olan oğluna Romul adı qoyulub.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Tarixdə bu adı Romanın qurucularından biri danışıb. Deyilənə görə, Romul və onun əkiz qardaşı Rem Kapitolin canavarı tərəfindən əmizdirilib.
Məlumdur ki, DOGE rəhbəri hələ bu uşağı rəsmən tanımayıb.
“Çərşənbə axşamı, aprlein 16-da ana oğluna Romul adını qoyduğunu söyləyib”, - nəşrin məqaləsində deyilir.
Nəşr qeyd edib ki, ananın sözlərinə görə, milyarder ondan uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməsini tələb edib, çünki onun fikrincə, körpənin beyni bu yolla daha böyük olacaq. Milyarder anadan körpəni sünnət etməməyi də istəyib. Bununla belə, Sent Kler yəhudidir və təbii doğuş istədiyi üçün bu tələblərin heç biri ilə razılaşmayıb.
QAZİLER.AZ