Danimarka Ukraynaya əsgər göndərəcək, lakin sülhməramlı missiya üçün deyil

Danimarka Ukraynaya əsgər göndərəcək, lakin sülhməramlı missiya üçün deyil backend

Danimarka öz ordusunu Ukraynaya göndərməyi planlaşdırır. Amma bu sülhməramlı əməliyyat deyil, Danimarka əsgərləri təlimə gələcəklər.

Qaziler.az  “RBC-Ukrayna”-ya istinadənbildirir ki, bu barədə Danimarka quru qoşunlarının komandanı, general-mayor Piter Boysen müsahibəsində deyib.

Onun sözlərinə görə, onlar Ukraynaya Danimarka hərbçilərindən ibarət bir neçə komanda göndərməyi planlaşdırırlar. Əsgərlər silahsız gələcək və ordunun müxtəlif qollarından olacaq.

Danimarka ordusunun rəisi döyüşlərdə pilotsuz təyyarələrdən istifadə təcrübəsi ilə xüsusilə maraqlanır.

Son aylarda Boysen iki dəfə Ukraynaya səfər edib. İndi o, danimarka əsgərlərini təlim keçmək üçün Ukraynaya göndərmək istəyir.

QAZİLER.AZ

Diaspora