Şoltsun partiyası ümid edir ki, Merts "Taurus"u Ukraynaya verməkdən imtina edəcək

Şoltsun partiyası ümid edir ki, Merts "Taurus"u Ukraynaya verməkdən imtina edəcək backend

Almaniya Sosial Demokrat Partiyasının baş katibi Matias Mirş hesab edir ki, gələcək kansler Fridrix Merts “məxfi məlumatlarla” tanış olduqdan sonra son nəticədə Ukraynanı "Taurus" ilə təmin etməkdən imtina edəcək.

Qaziler.az bildirir ki, bu barədə  Mirşanın sözlərini sitat gətirən“Tagesschau” məlumat yayıb.

"Taurus"un tədarük məsələsini şərh edən Mirş qara-qırmızı koalisiyanın birgə qərar verməyə çağırıb.

"Tagesschau" xatırladır ki, müdafiə naziri Boris Pistorius bu yaxınlarda Ukraynaya raketlərin verilməməsi qərarında “gizli məlumatların” da rol oynadığını vurğulamışdı.

QAZİLER.AZ

Diaspora