Paris yaxınlığında keçirilən əməliyyat zamanı terrorçu-kamikadze özünü partladıb. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, qadın üzərindəki partlayıcı qurğunu işə salıb.
Terrorçu qadın polislərin mühasirəsinə düşüb. Partlayış nəticəsində asayiş keşikçilərindən ölən və yaralanan olmayıb.Qeyd edək ki, Sen-Denidə keçirilən əməliyyatın məqsədi Parisdəki terror aktlarının təşkilində şübhəli bilinən Abdelhamid Abaudun saxlanılması olub.