Aprelin 16-da Finlandiya hökuməti Rusiya ilə sərhədi növbəti xəbərdarlığa qədər bağlı saxlamaq qərarına gəlib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə Finlandiya Nazirlər Şurasının saytında məlumat verilib.
"Hökumət sərhəd-keçid məntəqələrinin bağlanmasını davam etdirmək və beynəlxalq mühafizə üçün müraciətlərin qəbulunu mərkəzləşdirmək qərarına gəlib. Qərar növbəti bildirişə qədər qüvvədədir", - nəşr yazır.
Sərhədin bağlanmasının qeyri-müəyyən müddətə uzadılması ilə bağlı qətnamənin təxminən bir il müddətində qüvvədə olduğu və yeni sənədin 4 aprel 2024-cü il tarixli analoji qərarı əvəz etdiyi vurğulanır.
Hökumət Finlandiya ilə Rusiya arasında quru sərhədindəki keçid məntəqələrinin 2023-cü il dekabrın 15-dən bağlandığını xatırladıb.
QAZİLER.AZ