Şübhəlilər ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində zərgərlik mağazasının divarını yararaq, dəyəri 10 milyon dollardan çox olan qızıl-zinət əşyalarını oğurlayıblar.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Los-Anceles Polis Departamentinin (LAPD) rəsmilərinin məlumatına görə, aprelin 13-də zərgərlik mağazasında oğurluq hadisəsi baş verib.
Təhlükəsizlik kamerası görüntülərində şübhəlilərin mağazaya daxil olmaq üçün qonşuluqdakı mağazanın beton divarını yardıqları görünür.
İlkin məlumata görə, şübhəlilər mağazadan dəyəri 10 milyon dollardan çox olan saat və qızıl boyunbağı kimi qiymətli zinət əşyalarını oğurlayaraq qazdıqları dəlikdən qaçıblar.
Siqnal çalmadığı üçün ilk gün oğurluğu fərq etməyən mağaza sahibləri zərərin 20 milyon dollara yaxın olduğunu bildiriblər.
Digər tərəfdən polisin hadisə yerində barmaq izləri və DNT qalıqları ilə bağlı araşdırma başlatdığı paylaşılıb.
QAZİLER.AZ
