ABŞ Prezidenti Donald Trampın Çinə qarşı başlatdığı rusum müharibəsi son nəticədə ABŞ sakinlərini zəruri mallardan məhrum edə bilər.
Qaziler.az news.ru-ya istinadən bildirir ki, hətta corab qıtlığının yaranacağı da mümkündür.
"Pakistan, Honduras və Salvador kimi ölkələrin boşluğu dolduracağı gözlənilir, lakin onların istehsal gücü hələ Çinlə rəqabət aparmaq üçün kifayət etmir. Hesabatda deyilir ki, nəticədə amerikalı istehlakçılar analoji məhsullar üçün daha çox pul ödəməli olacaqlar", - məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, təkcə 2023-cü ildə Çinin Yivu şəhərindən 25 milyard cütdən çox məhsul ixrac edilib ki, bunun da yarıdan çoxu ABŞ-a göndərilib.
Ötən il buradan bütün dünyaya çatdırılmaların həcmi 588,96 milyard yuan təşkil edib. Qeyd olunur ki, Çindən gələn bir sıra yüksək texnologiyalı smartfonlar, noutbuklar, həmçinin çiplər və mikrosxemlərin istehsalı üçün avadanlıqlar üzrə rüsumların ləğv edilməsinə baxmayaraq, bir qrup istehlak malları üçün hər hansı güzəşt gözləməyə ehtiyac yoxdur.
QAZİLER.AZ