İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru dağında beş yeni püskürmə baş verib.
Qaziler.az-ın məlumatına görə, bu barədə aprelin 16-da "Antara" agentliyi müşahidə məntəqəsinin məlumatlarına istinadən məlumat verib.
Mütəxəssislərin fikrincə, vulkanik kül sütunu kraterdən 1000 m hündürlüyə qalxaraq dəniz səviyyəsindən 4676 m yüksəkliyə qalxıb. Kül buludu şimal və şimal-şərq istiqamətlərində yüksək intensivliklə yayılır.
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi yerli əhalini və turistləri ehtiyatlı olmağa və kraterdən 13 km məsafədə qalmağa çağırıb.
QAZİLER.AZ