Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqı ilə ərzaq və baytarlıq standartlarına dair saziş imzalamağa yaxındır.
Apa Britaniyanın "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, bu saziş Böyük Britaniyanın ABŞ-la ticarət razılaşmasını təhlükə altına qoya bilər.
Sözügedən razılaşma ABŞ Prezidenti Donald Trampın Britaniyada satışa çıxarmaq istədiyi Amerika məhsullarının bu ölkəyə girişini məhdudlaşdıra bilər.
Məlumata əsasən, saziş artıq gələn ay imzalana bilər.