Əgər ölkə prezidenti Aleksandr Vuçiç mayın 9-da Rusiya diktatoru Vladimir Putinin paradında iştirak edərsə, Serbiya Avropa Birliyinə qəbul olunmaya bilər.
Qaziler.az bildirir ki, bu barədə "Financial Times" xəbər verir.
Nəşrin məlumatına görə, Aİ nümayəndələri Vuçiçə xəbərdarlıq ediblər ki, Moskvaya səfər və mayın 9-da keçiriləcək paradda iştirak Aİ-yə üzvlük meyarlarını pozur.
Estoniya Xarici İşlər Nazirliyinin kansleri Yonatan Vseviov deyib: "Biz əmin olmalıyıq ki, onlar bəzi qərarların baha başa gəldiyini anlasınlar. Bunun nəticəsi onların Avropa İttifaqına qoşulmaması olacaq".
QAZİLER.AZ