Ukrayna tezliklə yeni "Patriot" hava hücumundan müdafiə sistemləri alacaq. Müttəfiqlər keçən ilki NATO sammitində onları təhvil verəcəklərinə söz vermişdilər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna telemarafonun efirində yayımlanan NATO-nun baş katibi Mark Rutte ilə müsahibəyə istinadən məlumat yayıb.
Rutte qeyd edib ki, adətən Ukraynaya yeni hərbi yardımın elan edilməsi ilə onun təmin edilməsi arasında az vaxt olur.
"Məsələn, NATO-nun Vaşinqtonda keçirilən sammitində Ukraynanı "Patriot" sistemləri ilə təchiz etməyi öhdələrinə götürdülər. Bu, bir az vaxt apardı. Xoşbəxtlikdən, onların əksəriyyəti artıq çatdırılıb və ya yaxın vaxtlarda çatdırılacaq", - baş katib əlavə edib.
QAZİLER.AZ