Poroşenko Zelenskini səlahiyyətlərindən sui-istifadədə İTTİHAM EDİB

Poroşenko Zelenskini səlahiyyətlərindən sui-istifadədə İTTİHAM EDİB backend

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi hərbi vəziyyətdən sui-istifadə edərək ölkədə hakimiyyəti qəsb edir.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının lideri Pyotr Poroşenko öz “Telegram” kanalında məlumat verib.

“Artıq 15-ci dəfədir ki, parlamentdən onu dəstəkləmək xahiş olunur. Vurğulamaq istəyirəm ki, biz aşkar olanı etiraf etməliyik: hakimiyyət hərbi vəziyyətdən sui-istifadə etməyə başlayıb: O, bundan təkcə ölkənin müdafiəsi üçün deyil, həm də avtoritar rejim qurmaq üçün istifadə edir”, - o deyib.

Aprelin 15-də Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması ilə bağlı qanun layihələrini parlamentə təqdim edib.

QAZİLER.AZ

Diaspora