“Zarya Nemana” partiyasının sədri Remiqiyus Jemaytaytis Litvanın Rusiya və Belarusa qarşı milli sanksiyalar tətbiq etməsi ideyasını tənqid edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.
O, milli sanksiyaların işə yaramayacağını bildirib. Jemaytaytis hesab edir ki, regional razılaşma olmasa, Litva Rusiya və Belarusa heç nə edə bilməyəcək.
Parlamentar vurğulayıb ki, o, baş nazir Qintautas Paluçkasın məhdudiyyətlərlə bağlı qərarının regional səviyyədə qəbul edilməsi mövqeyi ilə razıdır.
Avropa mediası Rusiyaya qarşı sanksiya təzyiqinin zəifləməyə başladığını qeyd edib. Son bir ay ərzində Avropa İttifaqı beş Rusiya vətəndaşına qarşı sanksiyaları ləğv edib və bəziləri də ABŞ-nin tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmağa nail olub.
QAZİLER.AZ