Kaya Kallas Ukraynaya 40 milyard avronu verməkdən imtina edib

Kaya Kallas Ukraynaya 40 milyard avronu verməkdən  imtina edib backend

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynaya 40 milyard avro məbləğində yeni maliyyə yardımı paketinin ayrılması ideyasından imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Público” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Kallas sözügedən təşəbbüs üçün Avropa İttifaqı daxilində əsas müttəfiqlərdən dəstək ala bilməyib. Fransa, İspaniya və İtaliya bu təklifə qarşı çıxıblar.

“Kallas makro planının uğur qazanmayacağına dair sübutlarla qarşılaşanda təslim olmaq və praqmatizm nümayiş etdirmək məcburiyyətində qaldı”, - nəşr yazıb.

QAZİLER.AZ

Diaspora