Rusiyada niqablı qadına hücum edən pensiyaçı həbs edilib - VİDEO

Rusiyada niqablı qadına hücum edən pensiyaçı həbs edilib - VİDEO backend

Moskvada metroda sərnişinin niqabını çıxarmağa çalışan pensiyaçı həbs edilib.

Qaziler.az xəbər verir ki,  “Ostorojna, Moskva” teleqram kanalı məlumat yayıb.

61 yaşlı Veşnyaki rayon sakini ilə niqablı qadın arasında münaqişə metronun “Filatov luq” stansiyasında vaqonda baş verib. Gözlərinə taxdığı dar yarıqlı niqablı geyim tərzi ilə sərnişin Natalya İvanovnaya şübhəli görünüb və moskvalı onu telefonuna çəkməyə başlayıb. Bu hal qadının yoldaşının xoşuna gəlməyib və tərəflər arasında şifahi mübahisəyə səbəb olub.

Həmin şəxs daha sonra polisə müraciət etmək qərarına gəlib, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarında Natalya İvanovnanın sərnişinin başından tutaraq niqabını qoparmağa çalışdığını müəyyən ediblər.  

Moskva sakininə qarşı xırda xuliqanlıq haqqında protokol tərtib edilib. Məhkəmə qadını təqsirli bilib və ona 7 sutka inzibati həbs cəzası verib.

QAZİLER.AZ

Diaspora