NATO Rusiya sərhədləri yaxınlığında hərbi fəallığını artırır - Narışkin

NATO Rusiya sərhədləri yaxınlığında hərbi fəallığını artırır - Narışkin backend

Moskva və Minsk NATO-nun öz sərhədləri yaxınlığında hərbi fəaliyyətini artırdığını görür.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkin Belarus prezidenti Aleksandr Lukaşenko ilə respublikanın paytaxtında keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri Rusiya-Ukrayna münaqişəsi ətrafında eskalasiya səviyyəsini artırır.

Xarici Kəşfiyyat Xidməti rəhbərini Belarus lideri ilə görüşə gələn Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel müşayiət edib.

QAZİLER.AZ

Diaspora