Polşa Ukraynada pul qazanmaq istəyir - Donald Tusk

Polşa Ukraynada pul qazanmaq istəyir - Donald Tusk backend

Varşava təkcə Ukraynanı dəstəkləməyəcək, həm də bu yardımdan iqtisadi fayda əldə edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk Varşavada keçirilən Yeni Texnologiyalar Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, ölkə Kiyev iqtisadiyyatının bərpasında və inkişafında fəal iştirak etmək niyyətindədir.

“Biz Ukraynada pul qazanmaq istəyirik, təkcə onunla həmrəy olmaq istəmirik”, - Tusk deyib.

Polşanın baş naziri qeyd edib ki, Varşava Ukraynanı təkcə tərəfdaş kimi deyil, həm də inkişaf və investisiya üçün fürsət kimi görür. Münaqişə ilə bağlı mövcud çağırışlar kontekstində ölkə rəhbərliyi Ukrayna ilə iqtisadi əlaqələrin gücləndirilməsinin müxtəlif yollarını nəzərdən keçirir.

QAZİLER.AZ

Diaspora