Rusiyanın ən böyük onlayn pərakəndə satış mərkəzi “Wildberries” beynəlxalq əməkdaşlıq çərçivəsində anbarlarda işləmək üçün test rejimində əcnəbiləri işə götürür.
Qaziler.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən “NEWS.ru”ya verilən məlumatda qeyd olunub.
Məlumatda qeyd olunub ki, əsas şərtlərdən biri işləmək icazəsinin olmasıdır. Şirkət yüzlərlə Şimali Koreya vətəndaşının işə götürülməsi ilə bağlı xəbərləri isə belə şərh edib.
Şirkət beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrdən işçiləri cəlb etmək üçün işə qəbul agentliyi ilə test rejimində işləyir. “Wildberries” pilot layihə çərçivəsində xaricdən gələn işçilərlə əməkdaşlıq edərkən lazımi tələblərə cavab verir. Onun nəticələrinə əsasən, miqyasının artırılması ilə bağlı qərar qəbul edəcəyik. Qeydiyyat üçün tələb olunan əsas şərt işləmək icazəsinin olması və müvafiq orqanlardan Rusiyada qalmaq hüququnun rəsmi təsdiqidir”, - mətbuat xidməti bildirib.
Qeyd olunub ki, hazırda “Wildberries” logistika mərkəzlərində Rusiya vətəndaşları çalışır.
QAZİLER.AZ