Florida Meksika körfəzinin adını dəyişdirən ilk ABŞ ştatı oldu - FOTO

Florida Meksika körfəzinin adını dəyişdirən ilk ABŞ ştatı oldu - FOTO backend

Florida ştatının qubernatoru Ron Desantis Meksika körfəzinin rəsmi olaraq Amerika körfəzi adlandırılması haqqında qanun imzalayıb. Beləliklə də Florida bu toponimin adını rəsmi səviyyədə dəyişdirən ilk ABŞ ştatı olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "USA Today" nəşri yazıb.

"Florida Prezident Trampdan nümunə götürməkdən və Amerika körfəzini rəsmən tanıyan ilk ştat olmaqdan qürur duyur", - deyə qanun layihəsinin müəlliflərindən biri qeyd edib.

Sənədin təşəbbüskarları qubernatorun ofisindən fotolar paylaşıblar və fotolarda əllərində yaşıl rəngli "Amerika körfəzi" yol nişanları tutublar.

Qeyd edək ki, daha əvvəl "Google" xəritələri də Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirmişdi.

Diaspora