Qazaxıstan prezidenti Nursultan Nazarbayev etiraf edib ki, indiyədək özünü bu postda əvəz edə biləcək varis tapa bilməyib: “Nə zaman əvəzedici axtarırsan, görürsən ki, ətrafın ayaqlar altındadır”.
Modern.az xarici mediaya istinadən bildirir ki, N.Nazarbayev bunu Astanada hökumətin geniş iclasında deyib.Onun fikrincə, varis yerinə layiq olacaq heç kim yoxdur: “Təkcə mənəm. Bizdə başqası yoxdur, ona görə məndən möhkəm yapışın!”
Prezident zarafatla onu da deyib ki, varis daha pis olacaq.