Tramp İrana söz verdi: "Nüvə proqramından əl çəksə..."

Tramp İrana söz verdi:  "Nüvə proqramından əl çəksə..." backend

ABŞ prezidenti Donald Tramp deyib ki, İran nüvə sazişinə ümid edir, lakin onu necə bağlayacağına hələ əmin deyil.

Qaziler.az xəbər verir ki, bu barədə “İnterfaks” Ağ Ev rəhbərinin sözlərini sitat gətirib.

Tramp bir daha vurğulayıb ki, İran nüvə silahı istehsalını dayandırmalıdır.

"İran böyük ola bilər, lakin bunun üçün nüvə silahından əl çəkməlidir, başqa yol yoxdur", - ABŞ prezidenti deyib.

Qeyd edək ki, aprelin 12-də Omanda İran və ABŞ arasında birbaşa olmayan danışıqlar baş tutub və bu danışıqlarda tərəflər vasitəçilər vasitəsilə fikir mübadiləsi aparıblar. Görüş iki saatdan çox davam edib.

QAZİLER.AZ

Diaspora