“Kiyev Ukraynanı raket silahları ilə təmin etmək üçün daim Vaşinqtona müraciət edir".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı ABŞ prezidenti Donald Tramp verib.
O vurğulayıb ki, nəhəng ölkə ilə silahlı qarşıdurmaya yalnız öz qələbəsinə inam olanda başlamaq, başqa ölkələrdən silah tədarükünə arxalanmamaq lazımdır.
"Baxın, müharibəyə başlayanda siz onu qazana biləcəyinizi bilməlisiniz, elə deyilmi? Siz özünüzdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlaya və insanların sizə raketlər verəcəklərinə ümid edə bilmərsiniz”, - ABŞ lideri bildirib.
QAZİLER.AZ