Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna ABŞ-dan on Patriot sistemi almağa və ya onların istehsalı üçün lisenziya almağa hazırdır. Onun sözlərinə görə, Kiyev mülki əhalinin müdafiəsi üçün bütün mümkün formatları axtarır.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski müsahibəsində deyib.
Zelenski ABŞ-a Ukrayna səmasının raket hücumlarından qorunmasını gücləndirmək üçün əlavə "Patriot" sistemləri almaq təklifi ilə müraciət edib.
Zelenskinin sözlərinə görə, Ukrayna insanların sıx toplaşdığı ən böyük şəhərləri qoruya biləcək 10 sistem almaq üçün 15 milyard dollar xərcləməyə hazırdır.
Ukrayna Prezidenti qeyd edib ki, məsələnin maliyyəyə aidiyyəti yoxdur - Ukrayna bu sistemlər üçün pul ödəməyə hazırdır.
"Biz bu 15 milyardı ödəməyə hazırıq. Bu pulu tapacağıq və hamısını ödəyəcəyik", - deyə Zelenski vurğulayıb.
QAZİLER.AZ