Navarro Mask ilə münasibətlərdə gərginliyin olmasını təkzib edib

Navarro Mask ilə münasibətlərdə gərginliyin olmasını təkzib edib backend

ABŞ Prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro onunla Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask arasında mübahisədən sonra münasibətlərində gərginliyin olmadığını bildirib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi “NBC News”a deyib.

“İlonla hər şey qaydasındadır. Məni betər də adlandırıblar”, – Navarro telekanala bildirib.

Amerika administrasiyasının başçısının müşaviri həmçinin Maskın DOGE çərçivəsində apardığı işi tərifləyib. “İlon və onun komandası israfçılıq, dələduzluq və sui-istifadə problemini əla həll edirlər”, – o vurğulayıb.

Xatırladaq ki, aprelin 8-də Mask “X” sosial şəbəkəsində Navarronu “əsl axmaq” adlandırmışdı. Tesla da daxil olmaqla elektromobillər istehsal edən şirkətin sahibi və dünyanın ən varlı insanı olan sahibkar, Trampın baş müşavirinin ticarət və rüsumlarla bağlı ideyalarını yalan adlandırmışdı. Öz növbəsində, Navarro aprelin 7-də Maskı “avtomobil yığıcısı” kimi xarakterizə etmiş və daha əvvəl biznesmeni sadəcə “maşın satdığını” və ticarət siyasəti və gömrük rüsumlarının tətbiqi incəliklərini anlamadığını söyləmişdi.

Diaspora