Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan israilli girovların vəziyyəti ilə bağlı vasitəçilərə ətraflı hesabat təqdim etməyə söz verib.
Apa xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumatına görə, HƏMAS nümayəndələri ilkin razılıq veriblər ki, mümkün razılaşma çərçivəsində əvvəlcədən nəzərdə tutulduğundan daha çox sayda girov azad edilsin.
Telekanal, hazırda İsrailə qaytarılması mümkün olan girovların dəqiq sayını açıqlamayıb.