ABŞ-İran danışıqlarının ikinci raundu Avropada baş tutacaq.
APA xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi parlamentə hesabatında bildirib.
Məlumata əsasən, Avropa aprelin 19-na planlaşdırılan İran-ABŞ danışıqlarının növbəti mərhələsinə ev sahibliyi edəcək.
Bildirilib ki, Avropadakı danışıqlar da Omanın vasitəçiliyi ilə aparılacaq.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ilk raundu aprelin 12-də Maskatda Oman xarici işlər nazirinin evində aparılıb. Danışıqlara İran XİN rəhbəri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonla Tehran arasında aparılan danışıqlar müsbət istiqamətdə davam edir.