Yaponiya uzun müddətdir ki, konstitusiyasında təsbit olunmuş və ölkəyə müharibə aparmağı “əbədi” qadağan edən ciddi pasifist siyasətini davam etdirir.
Bununla belə, Şərqi Asiyada gərginliyin artması fonunda ölkə genişmiqyaslı hərbi güclənməyə başlayıb.
Qaziler.az xəbər verir i, bu barədə “Bild” yazır.
Özünümüdafiə Qüvvələri tədricən beynəlxalq missiyaları olan müasir orduya çevrilib. Son illər Yaponiya silahlı qüvvələrini xeyli gücləndirib.
Bundan əlavə, Yaponiyada 50 minə yaxın Amerika hərbçisi var ki, bu da dünyanın hər hansı ölkəsindən daha çoxdur. Gələn ildən Yaponiya Kyuşuda raketlər və Yonaquni adasında hava hücumundan müdafiə sistemləri yerləşdirməyi planlaşdırır. Tayvan yaxınlığındakı Sakişima adalarından 110 mindən çox insanı təxliyə etmək planı da hazırlayıb.
QAZİLER.AZ