15-dən çox ölkə ABŞ-yə yeni ticarət sazişi təklif edib

15-dən çox ölkə ABŞ-yə yeni ticarət sazişi təklif edib backend

Artıq 15-dən çox ölkə ABŞ-yə yeni ticarət sazişləri bağlamaq üçün təkliflər təqdim edib.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt danışıb.

"Cəmi bir neçə gün keçməsinə baxmayaraq, bu olduqca diqqətəlayiqdir”, - Karolin Levitt deyib.

Onun sözlərinə görə, bu, "çox yaxşı irəliləyişdir".

Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkəyə idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə xeyli yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq edib. Dünya liderləri Trampın qərarını pisləyərək, onu qisas ilə hədələyiblər.

QAZİLER.AZ

Diaspora