Ukrayna Macarıstan və Slovakiyanı Rusiya ilə müharibəyə sürükləməyə çalışır.
Qaziler.az bildirir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban Antalyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra “X” sosial şəbəkəsində dərc edib.
“Onlar bizi Rusiya-Ukrayna müharibəsinə sürükləmək üçün slovaklara və bizə təzyiq etmək istəyirlər”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, buna nail olmaq üçün Ukrayna “Brüssel bürokratları ilə əlbir olaraq” öz ərazisindən keçən qaz kəmərini bağlayıb və nəticədə Şərqi Macarıstana qaz nəqli demək olar ki, dayanıb. Eyni zamanda, Orban qeyd edib ki, onun ölkəsi qazı şərqdən (Rusiyadan) deyil, indi enerji resurslarını cənubdan, yəni Türkiyədən alır.
“Türk axını” qaz kəməri olmasa, Macarıstanda etibarlı enerji təchizatı və enerji qiymətlərinin aşağı səviyyədə saxlanılması mümkün olmazdı”, - Orban vurğulayıb.
QAZİLER.AZ