Tesla avtomobillərinə və salonlarına siyasi motivli hücumların sayı artıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazır.
Nəşr 16 ştatın kriminal polis idarəsi arasında aparılan sorğu əsasında müvafiq məlumatları dərc edib.
Məlumata görə, son aylarda bir neçə oxşar hal baş verib. Nəşr qeyd edir ki, Saksoniya federal əyalətində ötən ilin sentyabrından bəri “Tesla” avtomobillərinə və salonlarına ümumilikdə 16 hücum edilib. Avtomobillərin yandırılması ilə bağlı Drezdendə iki və Leypsiqdə isə bir hadisə qeydə alınıb.
QAZİLER.AZ