ABŞ və İran aprelin 12-də Omanda Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədi ilə birbaşa danışıqlar aparacaq.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.
"Əsas məqsəd (ABŞ prezidenti Donald Trampın –red.) İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməkdir. Prezident bu məqsədə çatmaq üçün diplomatiyaya və bir məkanda birbaşa danışıqlara inanır", - o deyib.
İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ilk raundunun aprelin 12-də Omanda keçirilməsi planlaşdırılır. Əsas danışıqlarda İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi və Ağ Evin xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak edəcək. İran tərəfinin bəyanatlarına görə, danışıqlar birbaşa deyil, Maskatın vasitəçiliyi ilə aparılacaq. Eyni zamanda, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus bəyan edib ki, qarşıdan gələn tədbiri danışıqlar deyil, görüş kimi xarakterizə etmək olar.
QAZİLER.AZ